Hadisə

Moped "04"lə toqquşdu, sürücüsü reanimasiyadadır - VİDEO

17 Fevral 2021 09:54
Baxış: 1 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xırdalanda ağır yol qəzası baş verib.

Milli.Az bildirir ki, mopedlə "VAZ 2104"ün toqquşması nəticəsində moped sürücüsü ağır bədən xəsarəti alıb. Tanışlarının dediyinə görə moped sürücüsü xəstəxanaya çatdırılıb, reanimasiyadadır.

Qəzanın necə baş verməsi barədə məlumat verilməsə də, hadisəylə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, moped mühərriki 50 kub santimetrdən az olan, dövlət qeydiyyat nişansız nəqliyyat vasitəsidir. Mopedlər yalnız və yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.

Milli.Az görüntüləri təqdim edir:

Emin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.