Hadisə

Şabranda ata oğlunu güllələyib

15 Yanvar 2021 11:09
Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şabran rayonunda güllələnmə faktı baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Pirəmsən kəndində qeydə alınıb. Həmin kənddə yaşayan Teyyub Məmmədovun oğlu Ürfan Məmmədov arasında mübahisə düşüb. Mübahisə zəminində ata oğlunu qorxutmaq məqsədilə həyətdə olan vaqona atəş açıb. Güllə vaqona dəyəndən sonra qəlpələrdən bir neçəsi 37 yaşlı Ürfana dəyib. Sol gözünün qaş nahiyəsindən xəsarət alan Ü. Məmmədov Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti yaxşıdır.  

Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.