Hadisə

Evini tərk edən COVİD-19 xəstəsi barədə araşdırmalara başlanıldı

3 Dekabr 2020 17:44
Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, koronavirus infeksiyasının daşıyıcısı olan şəhər sakini Səbuhi Əlizadəyə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib. S.Əlizadə şəhər ərazisində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılıb və dərhal yaşadığı ünvana geri qaytarılıb.

Həmin şəxs barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.