Hadisə

Azərbaycanda qaya uçdu - FOTOlar

9 May 2024 15:18
Baxış: 1 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

Milli.Az bildirir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, hadisə yağan güclü yağış səbəbindən meydana gəlib.

Nəticədə qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb və nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.

Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.