Hadisə

Qanunsuz ov edənlər saxlanıldılar

30 Noyabr 2020 21:23
Baxış: 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 29-da Saatlı rayonu ərazisində qanunsuz ov edən Bakı şəhər sakini S.Şıxalıyev, Cəlilabad rayon sakini R.Nəzərov və Abşeron rayon sakini R.Tağıyev saxlanılıblar.

Onlardan "Stoeger", "Salıx Arms", "Escort Supreme Max" markalı 3 ədəd tüfəng, 6 ədəd patron və 56 çöl quşu aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.