Hadisə

İrandan qayıdan azərbaycanlının halı pisləşdi: karantinə alındı

28 Fevral 2020 18:24
8 Şərh     Baxış: 2 591
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrandan yeni qayıdan Ağdaş sakini xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Abad kənd sakini olan həmin şəxs qonşu ölkədən bir neçə gün əvvəl qayıdıb.

Ağdaşda mərkəzi bazarın önündə halı pisləşən həmin şəxs yaxındakı şəxsin köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən APA-nın sorğusuna verilən cavabda məlumatı təsdiqləyiblər. Məlumatda qeyd olunur ki, İranda olduğunu bildirən həmin şəxs karantinə alınıb: "Hazırda onun temperaturu normaldır. Ümumi halsızlığı və gözlərində konyuktivit var. Müayinələr davam edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.