Hadisə

Sumqayıtda evdə partlayış olub, 1 nəfər xəsarət alıb

8 Fevral 2020 18:42
0 Şərh     Baxış: 1 367
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumqayıtda partlayış olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Yeni Corat qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verib. Belə ki, evin sahibi, 1956-cı il təvəllüdlü Səfərov Rza Fərrux oğlu mətbəxtdə qaz sobasını yandırmaq istəyərkən partlayış baş verib. Hadisə nəticəsində 64 yaşlı kişi 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, Bakı şəhər 5 nömrəli Şəhər Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.