Hadisə

Azərbaycan və Türkiyə vətəndaşlarını Çindən gətirən təyyarə Monqolustandan Türkiyəyə yola düşdü

1 Fevral 2020 13:59
2 Şərh     Baxış: 1 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çindəki Azərbaycan və Türkiyə vətəndaşlarını gətirən təyyarə Monqolustandan Türkiyəyə yola düşüb.

Milli.Az xəbər verir ki, Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Bildirilir ki, yeni tip Koronavirüs səbəbiylə Çinin Uhan şəhərindəki Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsini həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə aid böyük karqo təyyarəsi yanacaq doldurduqdan sonra Monqolustanın paytaxtı Ulanbatordan Türkiyəyə doğru yola çıxıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan dünən Türkiyə və Azərbaycan vətəndaşlarının Çindən təxliyə ediləcəyini bildirib.

"Səhiyyə naziri bildirib ki, bizdə hələ heç bir təhlükə yoxdur. Lakin Çində Azərbaycan vətəndaşları var. Onlar qayıtmaq istəyirlər. Tədbirlər görün və bizim azərbaycanlı qardaşlarımızın istəyini nəzərə alın. Onları Türkiyəyə gətirək", - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 213 nəfərə, yoluxanların sayı ilə 9 692 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.