Hadisə

Türkiyədə yaşayan azərbaycanlı müəlliməni qaçırdılar - Müge Anlı da işə qarışdı - FOTO

25 Aprel 2019 19:49
0 Şərh     Baxış: 2 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yaşayan Aytən Hüseynova adlı qızdan bir aydır xəbər yoxdur.

Milli.Az bildirir ki, azxeber.com-a müraciət edən A.Hüseynovanın yaxınlarının sözlərinə görə, Aytən bir neçə ildir ki, Ankarada xarici dil müəlliməsi kimi çalışırmış. Məlumata görə, A.Hüseynovanın sevgilisi tərəfindən qaçırıldığı bildirilir. Belə ki, öncədən tanış olduğu adı məlum olmayan şəxslə münasibəti olan qız bir neçə ay öncə sosial şəbəkədəki hesabında evləndiyini bildiribmiş.

Araşdırmalar nəticəsində A.Hüseynovanın evləndiyi şəxsin adının saxta olduğu ortaya çıxıb. Məsələ ilə bağlı polis araşdırma başlayıb. Bununla yanaşı Türkiyənin tanınmış araşdırmaçı-jurnalisti Müge Anlı da məsələ ilə bağlı araşdırma aparır.

Müge Anlı sabahdan etibarən qızın ailəsini efirə dəvət edəcəyinin anonsunu verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.