Hadisə

Yol kənarında meyit tapıldı - Yanında parça, qanlı şpris - YENİLƏNİB

21 Sentyabr 2017 12:21
0 Şərh     Baxış: 2 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:21

Masallı rayonunda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə dünən gətirilən meyitin Masallı rayon sakini,1972-ci il təvəllüdlü İsmayılov Rafiq Vaqif oğluna məxsus olduğu məlum olub. 

İki gün əvvəl evdən çıxaraq geri dönməyən R.İsmayılovun meyiti Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisində, yol kənarındakı kolluqda ötən gün axşam saatlarında aşkar olub. 

Əvvəllər məhkumluq həyatı yaşayan və narkotik asılılığı olan R.İsmayılovun həddən artıq dozada narkotik vasitə qəbul etdiyi müəyyən edilib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

----------

11:21

Masallıda ölüm hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Masallı-Lənkəran yolunun Boradigah qəsəbəsi ərazisindən keçən hissəsində 30-35 yaşlarında naməlum kişi meyiti aşkar edilib.
 
Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Meyitə baxış keçirilərək onun yanından ipə bənzər parça və bir ədəd qanlı şpris aşkar edilib.
 
Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.
 
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.