Hadisə

Gəncədə qaz iki can aldı

27 Dekabr 2014 20:40
0 Şərh     Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə dəm qazından zəhərlənmə olub.

Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasından APA-ya verilən məlumata görə, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Nəzakət İbrahimova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki N.İbrahimova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

Gəncə şəhər Təbriz küçəsində yaşayan, 1992-ci il təvəllüdlü Nuranə Qəhrəmanlı da dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, N.Qəhrəmanlı yaşadığı evin qonaq otağında olarkən qaz sobasından çıxan dəm qazından zəhərlənib.

Hər iki nəfərə tibbi yardım göstərilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.