Hadisə

Maşını hasara vurdu, yaralandı

27 Dekabr 2014 23:04
0 Şərh     Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndə baş verən yol qəzasında bir nəfər xəsarət alıb.
 

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qazma kəndində baş verib. 1993-cü il təvəllüdlü, rayonun Qazma sakini Səxavət Rasim oğlu Mamedov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə rayon mərkəzindən Qazma kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxaraq maşını daş hasara vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarət alan sürücü Səxavət Mamedov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Balakən RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan yaralı Səxavət Mamedov xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.