Hadisə

Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

27 Dekabr 2014 23:35
0 Şərh     Baxış: 1 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və yaralanan var.
 

Milli.Az Kəpəz TV-yə istinadan bildirir ki, bu gün axşam saat 19:00 radələrində Şəmkirdə 1 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Şəmkir - Kür qəsəbəsi yolunda qeydə alınıb. Rayon sakini Sarif Bayramov sürücüsü olduğu "Audi" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılaraq aşıb.

Nəticədə "Audi"nin sərnişini İxtiyar Bağırov hadisə yerindəcə dünyasını dəyişib, ağır bədən xəsarətləri alan Sarif Bayramov Şəmkir Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Avtomobilin digər bir sərnişini Xəyal Babayevin vəziyyəti normal olduğundan ona ambulator yardım göstərilib.
 

Faktla bağlı Şəmkir rayon Dövlət Yol Polisi Bölməsində araşdırma aparılır.
 

Qəzanın dəqiq səbələri isə aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.