Hadisə

"Gördüm ki, ildırım sürəti ilə gəlir" - Şamaxıda 3 maşın toqquşdu - VİDEO - FOTO

16 İyun 2017 16:56
0 Şərh     Baxış: 1 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105-ci km-də, Şamaxı rayonunda da yol qəzası qeydə alınıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Xaçmaz rayon sakini, 54 yaşlı Zülfüqar Baratov "Daewoo" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə qarşı yola çıxaraq 2 avtomobillə toqquşub. Qəza nəticəsində "Daewoo"nun sərnişinləri 13 yaşlı Rövşən Yusifov, 27 yaşlı İradə Mustafa və 61 yaşlı Məhərrəm Mustafa müxtəlif bədən xəsarətləri alıblar.

Nicat Hüseynov - Sürücü: "Bakı istiqamətinə gedirdim. Gördüm ki, ağ maşın ildırım sürəti ilə gəlir. Vurdu onu. Mən nə qədər qaçırtdım, yenə də gəldi vurdu".

Yaralılar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Gördüm ki, ildırım sürəti ilə gəlir" - Şamaxıda 3 maşın toqquşdu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.