Hadisə

Dönərxanada baş verən partlayışın görüntüləri yayıldı - VİDEO - FOTO

15 Fevral 2017 16:12
0 Şərh     Baxış: 2 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə dönərxanada partlayış baş verib.

Milli.Az-ın ARB Kəpəz-ə istinadən xəbər verir ki, hadisə Nizami prospekti 183 D ünvanında yerləşən dönərxanada qeydə alınıb.

Dönər hazırlamaq üçün istifadə olunan qurğuda qaz sızması nəticəsində partlayış baş verib. Nəticədə obyektin işçisi - 36 yaşlı Azər Qarayev yüngül bədən xəsarətləri alıb, müştərilər isə təxliyə olunublar.

Əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Dönərxanada baş verən partlayışın görüntüləri yayıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.