Hadisə

Şəkidə ayı kişiyə hücum etdi

16 Fevral 2016 19:54
7 Şərh     Baxış: 3 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki rayonunda 51 yaşlı kişi ayı hücumuna məruz qalıb.
 
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Baş Zəyzit kənd sakini, 1965-ci il təvəllüdlü Ehsan Yaşar oğlu Abdullayev xəsarətlə xəstəxanaya daxil olub. Hakim müayinəsi zamanı məlum olub ki, E.Abdullayevə ayı hücum edərək onu dişləyib. Xəsarət alan şəxsə tibbi yardım edilib, quduzluq əleyhinə peyvənd olunduqdan sonra ambulator müalicə almaq üçün evə buraxılıb.

E.Abdullayev bu gün səhər saatlarında dağlıq ərazidəki meşə sahəsində mal-qarasını axtaran zaman ayının ona hücum etdiyini deyib. Ayı onu sürüyüb, daha sonra buraxaraq qaçıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.