Hadisə

Ağsuda canavarlar kəndə hücum çəkdilər

4 May 2015 16:12
0 Şərh     Baxış: 1 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağsuda kəndlərdən birinə canavarlar hücum edib. Azğınlaşmış heyvanlar 20 baş qoyunu parçalayıblar. Kənddə oxşar hadisələr bundan öncə də baş verib. Ötən gecə Ağsunun dağ kəndi olan Gəgəliyə canavarlar hücum edib. Sakinlərdən birinə məxsus tövlədə saxlanılan bütün qoyunlar yırtıcılar tərəfindən parçalanıb.

Kanal S (Region TV) xəbər verir ki, ev sahibi hadisədən gec xəbər tutub. Səs-küyü eşidib çölə çıxan ev sahibi tövlənin qapısının açıq olduğunu və bu zaman bir neçə canavarın oradan çıxaraq qaçdığını görüb. Ardından tövləyə girdikdə dəhşətli mənzərənin şahidi olub.

20 baş heyvandan heç biri canavarların dişindən sağ qurtara bilməyib. O, qonşuları köməyə çağırsa da, artıq gec olub. Hadisə nəticəsində kənd sakininə təxminən 3 min manat dəyərində maddi ziyan dəyib. Sakinlər belə hadisələrin tez-tez təkrarlandığını deyirlər.


Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.