Hadisə

Şamaxıda qəza: iki yaralı - YENİLƏNİB

27 Fevral 2015 19:47
1 Şərh     Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:47

Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.


APA-nın verdiyi xəbərə görə, hadisə Bakı-Şamaxı yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakini, 1992-ci il təvəllüdlü Qədirov Ruslan Ağasəlim oğlunun idarə etdiyi 90-KD-227 dövlət nömrə nişanlı "VAZ-21015" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisənin havanın dumanlı və yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisə zamanı sürücü R.Qədirov və sərnişin, Qobustan sakini, 1997-ci il təvəllüdlü Dəmirov Fəqan Nizami oğlu müxtəlif bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasının reanimasiya və cərrahiyə şöbələrinə yerləşdirilib. Hazırda onların vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


----------
15:37

Ötən gecə Şamaxıda 2 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası qeydə alınıb. Kanal S (Region TV) xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 112-ci km-də Şamaxının Mərzəndiyə kəndi yaxınlığında baş verib.

Şamaxı sakini Ruslan Qədirov şəhər istiqamətində hərkətdə olarkən bir anda avtomobil yolun soluna çıxıb və aşıb. Deformasiyaya uğramış avtomobilin içərisində olan sürücü Ruslan Qədirov və onun qohumu sərnişin Fəqan Dəmirov yoldan keçən insanların köməkliyi ilə avtomobildən çıxarılıb.
Şamaxı rayon Xəstəxanasına çatdırılan hər iki xəstənin vəziyyəti ağırdır.
Fakt araşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.