Hadisə

Bakı-Sumqayıt yolundakı biabırçılıqla bağlı "Azəryolsevis"dən açıqlama - YENİLƏNİB - FOTO

27 Fevral 2015 11:50
6 Şərh     Baxış: 6 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:50

Bakı-Quba yolunun 8-ci kilometrliyində təmir işləri yekunlaşmaq üzrədir.

Bunu APA-ya açıqlamasında "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyev bildirib ki, "Azəryolservis" ASC-nin əsas hədəfi Avropa Oyunları ilə bağlı tədbirlər planı çərçivəsində müəyyən hərəkət marşrutu üzrə yerləşən avtomobil yolları, prospekt və küçələrdə nəqliyyatın normal hərəkətini təmin etməkdir. "Bakı-Quba yolunun 8-ci kilometrliyi də (Avtovağzal) belə yollardandır. Artıq bu yol 6-7 il əvvəl təmir olunduğundan asfalt örtüyünün üst qatı qaşınaraq yeni asfalt-beton örtüyü ilə əvəz olunur", - deyə P. Mürsəliyev bildirib.

Asfalt örtüyü yenilənən yolun uzunluğu 700 metrdir.

Qurum rəsmisi əlavə edib ki, Bakıdan Sumqayıt istiqamətinə olan yolda asfalt-beton örtüyü artıq vurulub və hal-hazırda bu yolun əks istiqamətində işlər davam etdirilir: "Sadəcə bu yolda nəqliyyatın hərəkəti intensiv olduğundan işlər gecə 23:00-dan sonra başlayır və səhər saatlarına kimi davam etdirilir. Yaxın günlərdə bu yolda da təmir işləri sona çatdırılacaq".

Qeyd edək ki, Avropa Oyunları ilə bağlı hərəkət marşrutu Ziya Bünyadov prospektindən başlayaraq 20 Yanvar dairəsi, Şamaxinka tuneli və Bakı-Quba yolu da daxil olmaqla, Bakı dairəvi 1, Bakı-Quba yolunun 4-14-cü kilometrlik hissəsinə qədər məsafəni əhatə edir.

--------
09:01

Bakı-Sumqayıt yolunda hazırda güclü tıxac var.

Milli.Az xəbər verir ki, Xırdalan dairəsindən Bakı istiqamətində nəqliyyatın hərəkəti, demək olar ki, iflic olub.

Day.Az yazır ki, tıxac yolda aparılan təmir səbəbindən yaranıb. Sərnişinlər avtobuslardan düşərək şəhərə piyada çatmağa çalışırlar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.