Hadisə

Bakıda "Range Rover"i qarət etdilər - FOTO

14 Yanvar 2015 09:34
0 Şərh     Baxış: 1 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda "Range Rover" markalı avtomobil qarət olunub.

APA-nın məlumatına görə, hadisə Əmircan qəsəbəsinin Zülal Tağıyev küçəsində baş verib. İki nəfər naməlum şəxs rayon sakini Elxan Səfərova məxsus "Range Rover" markalı avtomobilə girərək maşının saxlanc yerini sındırıb oradakı mobil telefonu, sənədləri və avtomobilin müxtəlif ehtiyat hissələrini oğurlayıblar. Naməlum şəxslərin avtomobilə girdiyini zərərçəkmişin qonşusu görüb və bu barədə Elxan Səfərova məlumat verib.
 
Ümumilikdə zərərçəkmişə 2 min manat dəyərində ziyan vurulduğu bildirilir. Zərərçəkmiş faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edib. Bölmənin təhqiqatçısı Rasim Seyidov bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslərin əl-barmaq və avtomobilin salonundakı qan izlərinin nümunələri götürülüb. Hazırda cinayəti törədən şəxslərin axtarışları davam edir.
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.