Hadisə

"Mercedes" ağaca çırpıldı: 4 yaralı - YENİLƏNİB - FOTO

10 Yanvar 2015 16:42
0 Şərh     Baxış: 1 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:07

Cəlilabadda baş verən qəzada 4 nəfər yaralanıb. Milli.Az CTV-yə (Region TV) istinadən bildirir ki, hadisə axşam saatlarında Ələt-Astara magistiralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən anidən yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində Astara rayon sakinləri, 51 yaşlı Mirzəyev Əhmanəli Nəhmət oğlu, sərnişinlər, 40 yaşlı Baxşıyev Yaqub Şahverdi oğlu, 57 yaşlı Həsənov Həsənağa Bolu oğlu və Masallı rayon sakini, 57 yaşlı Əsgərov Sübhan Ağagül oğlu müxtəlif dərəcəli bədən xəsarətlərilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, xəstələrdən ikisinin vəziyyəti ağır olaraq qalır. Digər iki xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

----------
16:42

Böyütmək üçün şəkillərə klikləyin.




Foto: APA

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.