Axşam saatlarında Biləsuvar rayonunda baş verən qəzada bir nəfər həlak olub.Hadisə Biləsuvar rayonunda baş verib
Milli.Az anspress-ə istinadən xəbər verir ki, qəza yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Qəza nəticədə 1 nəfər həlak ölüb. Avtomobillər isə yarasız hala düşüb.
Hadisə Ələt-Astara magistralının 104 cü kilometrliyində Biləsuvar rayonunun Xırmandalı kəndindən keçən hissəsində baş verib. Biləsuvar rayon sakini Mahir Nəhmədov "Volkswagen Passat" markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn "Qazel" markalı avtomobil ilə toqquşub.
Nəticədə minik avtomobili bir neçə dəfə fırlanaraq yol kənarındakı dərəyə yuvarlanıb. Mahir Nəhmədov xəstəxənaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.
İlkin ehtimala görə qəzaya minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.