Hadisə

Füzuli sakini maşınla qoyun sürüsünün içinə girdi: 17 leş

27 Dekabr 2014 13:30
0 Şərh     Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hacıqabul-Bəhrəmtəpə magistral yolunun 11-ci kilometrliyində, Sabirabad rayonunun Qaragüney kəndi ərazisində minik avtomobili qoyun sürüsünün içinə girib. El TV xəbər verir ki, bu zaman Qaragüney kənd sakini Orucəli Abdullayevə məxsus 17 baş qoyun tələf olub, 10-u yaralanıb.

Hadisəni Bakıda yaşayan, Füzuli rayon sakini, 48 yaşlı Xəqani Məmmədov törədib. Qəza zamanı paytaxt Bakı istiqamətində hərəkətdə olan minik avtomobilinə də ziyan dəyib.

Zərərçəkən və kənd sakinləri isə bu kimi halların baş verməsini həmin ərazidə heyvanlar üçün keçidin olmaması ilə əlaqələndirirlər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.