Hadisə

Abşeronda yaşayış evində partlayış: yaralılar arasında bir yaşlı uşaq da var - YENİLƏNİB - FOTO

27 Dekabr 2014 11:56
0 Şərh     Baxış: 2 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fatmayı kəndində yaşayış evində baş verən partlayış zamanı yaralananların adları açıqlanıb


11:56


Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə nəticəsində yaralanan şəxslər 1989-cu il təvəllüdlü Kərimov Məhərrəm Fərasət oğlu, 1999-cu il təvəllüdlü Kərimzadə Uğur Tərməz oğlu və 2013-cü il təvəllüdlü Kərimzadə Məhəmməd Məhərrəm oğludur.
 

Xəstəxanadan bildiriblər ki, baş vermiş partlayış nəticəsində vəziyyəti orta ağır qiymətləndirilən 2 nəfər təcili yardımla Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna və Respublika Yanıq Mərkəzinə aparılıb.


---------
10:36

Abşeronda yaşayış evində partlayış olub


APA-nın məlumatına görə, hadisə Fatmayı kəndində qeydə alınıb. Üçmərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində ev dağılıb və mənzildə olan şəxslər xəsarət alıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

-----------
11:56

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.