Hadisə

Sabunçuda avtomobil 57 yaşlı qadını vurdu - FOTO

27 Dekabr 2014 09:43
0 Şərh     Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçuda "Mercedes" yolu keçmək istəyən qadını vurub

APA-nın məlumatına görə, hadisə Şəhər şossesi, döngə 5-də baş verib. Şəhər istiqamətində "Mercedes" markalı avtomobili ilə hərəkətdə olan Rəşad Bəhrəmov yolu keçmək istəyən piyada, 57 yaşlı Zeynəb Qəhrəmanovanı vurub. Sürücü hadisədən dərhal sonra yaralını 3 saylı xəstəxanaya çatdırıb. Xəstəxanadan verilən məlumata görə, piyadanın vəziyyəti ağır olaraq qalır.

Sürücü Rəşad Bəhrəmov ifadəsi alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Faktla əlaqədar araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.