Hadisə

Azərbaycanda meşə massivindən tapılan meyitin kimliyi müəyyənləşib

19 Oktyabr 2014 23:02
0 Şərh     Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xaçmazda meşə massivindən tapılan meyitin kimliyi müəyyənləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, oktyabrın 18-də Xaçmaz rayonu, Ləcət kəndi yaxınlığındakı meşə massivində üzrində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı cəsədin Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Xeyirov Zamiq Namiq oğluna məxsus olduğu müəyyən olunub. Xaçmaz rayon Polis Şöbəsindən verilən məlumata görə, Z. Xeyirov Bakı şəhərində qeydiyyatda olsa da, Xudat
şəhərində qaynatasının evində yaşayıb. Lakin onun kim və yaxud kimlər tərəfindən öldürülməsi hələ ki, məlum deyil.

Faktla bağlı cinayət işi açılıb. Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.