Hadisə

Bakıda qaz kəmərinin bir hissəsini kəsərək oğurlayan şəxs tutuldu

13 Oktyabr 2014 14:21
0 Şərh     Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 2 ay yarım əvvəl "Azəriqaz" İB-nin qaz borusunu oğurlayan şəxs tutulub

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu il iyulun 26-da "Azəriqaz" İstehsalat Birliyi, Xəzər Qaz İstismarı Sahəsində, Binə qəsəbəsinin "Atçılıq" adlanan yaşayış sahəsindən Buzovna qəsəbə istiqamətinə gedən 530 mm diametrli istifadəyə yararsız qaz kəmərinin 177 metrlik borusu kəsilərək oğurlanıb.

Xəzər Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən, Füzuli rayon sakini, 1987-ci il təvəllüdlü Rəhman Quliyev tutulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.