Toy karvanının qəzaya uğraması nəticəsində ölən 9 nəfərin adı açıqlandı - FOTO - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən yol qəzasında ölənlərin adları məlum olub
APA-nın xəbərinə görə, bu gün saat 13:30 radələrində yolun 193-cü kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində "Mercedes" markalı minik maşını qarşı tərəfdən gələn 23-BX-232 dövlət nömrə nişanlı, "Mitsubishi Pajero" markalı minik maşını ilə toqquşub. Baş verən yol qəzasında "Mitsubishi Pajero" markalı minik maşının sürücüsü, Göyçay rayonu Potu kənd sakini Əsgərov Bəxtiyar Firudin oğlu ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Əsgərova Nahidə Seyfəddin qızı, atası 1936-cı il təvəllüdlü Əsgərov Firudin Ələkbər oğlu, anası 1938-ci il təvəllüdlü Əsgərova Lumu Kərim qızı aldığı ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib.
Həmçinin Ağsudan Göyçayın Şahsoltanlı kəndinə toy mərasiminə gedən maşın karvanındakı "Mercedes" markalı minik avtomobilinin sürücüsü - Ağsu şəhər sakini, 1962-ci il təvəllüdlü Məmmədov Davud Məmməd oğlu, eləcə də sərnişinlər - Ağsu sakinləri, 1963-cü il təvəllüdlü Məmmədova Jalə Qubadəli qızı, 2014-cü il təvəllüdlü Bədəlova Mələk Rauf qızı, 1985-ci il təvəllüdlü Məhərrəmli Günel Veyis qızı, 2008-ci il təvəllüdlü Məhərrəmov Ramiz Rüstəm oğlu, 1990-cı il təvəllüdlü Bədəlova Gülay Davud qızı aldıqları ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, avtomobillərin toqquşması səbəbindən Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti bir saatdan çox müddətdə məhdudlaşıb.
----------
16:14
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən yol qəzasında ölənlərin sayı 9-a çatıb
APA-nın xəbərinə görə, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış maşınlardan, hələ ki, şəxsiyyəti məlum olmayan 3 qadın və bir kişinin meyitini çıxarıblar.
Hadisə zamanı ağır yaralanan 6 şəxs Ağsu və Göyçay xəstəxanalarına aparılıb. Sonradan yaralılardan 5 nəfəri də dünyasını dəyişib. Hazırda ölən şəxslərdən 6-nın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsində, 3-nün meyiti isə Göyçay rayon şöbəsindədir.
Bir nəfər yaralı isə ağır vəziyyətdə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
----------14:50
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib
APA-nın xəbərinə görə, hadisə bu gün saat 13:30 radələrində yolun 193-cü kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hadisə həmin kənddə keçirilən toy mərasiminə gedən qonaqları aparan minik maşınlarının karvanında baş verib.
Gəlin aparan maşınların toy karvanında olan 90-BP-886 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik maşını qarşı tərəfdən gələn 23-BX-232 dövlət nömrə nişanlı, "Mitsubishi Pajero" markalı minik maşını ilə toqquşub.
Hadisə zamanı 4 nəfər dünyasını dəyişib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış maşınlardan hələ ki, şəxsiyyəti məlum olmayan 3 qadın və bir kişinin meyitini çıxarıblar. Hadisə zamanı 4 nəfərin də ağır yaralandığı bildirilir. Yaralılar Ağsu və Göyçay xəstəxanalarına aparılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Milli.Az
----------
17:15
Böyütmək üçün şəkillərə klikləyin.













Videoları izləmək üçün şəkillərə klikləyin.
-----------
16:14

----------
14:50
Böyütmək üçün şəkillərə klikləyin.


DİGƏR XƏBƏRLƏR
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var
-
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
-
Biləsuvarda zəncirvari qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Sumqayıtda avtomobil avtobusla toqquşdu - Yaralılar var
-
Əməkdar jurnalist vəfat etdi
-
Goranboyda həkim dərmandan zəhərləndi
XƏBƏR LENTİ
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var






