Hadisə

"VAZ" ağaca çırpıldı: sürücü öldü

25 Sentyabr 2014 20:09
0 Şərh     Baxış: 1 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün saat 16 radələrində Goranboy rayonunun Veyisli kəndi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan və hazırda Goranboy rayonunda məskunlaşan 38 yaşlı Elçin Ələsgərov idarə etdiyi "VAZ 2172" markalı avtomobillə üzü Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı iri gövdəli ağaca çırpılıb.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, qəza nəticəsində "VAZ" sürücüsü Elçin Ələsgərov elə hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Goranboy rayon Pols Şöbəsində araşdırma aparılır.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb yüksək sürət olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.