Hadisə

Külək Azərbaycanın iki rayonuna ziyan vurdu, bir uşağın başı yarıldı

25 Sentyabr 2014 13:02
0 Şərh     Baxış: 1 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az EL TV-yə istinadən bildirir ki, külək Tərtər rayonunun Poladlı kəndi ərazisindəki məcburi köçkünlərə ziyan vurub. Çoxillik palıd ağacı onların məskunlaşdığı tikilinin üzərinə aşıb. Bu zaman azyaşlı Abil Nəbiyev xəsarət alıb:

"Mən burada bacımla oynayırdım. Birdən səs gəldi. Bacım qaçdı, mənim isə başım yarıldı".

Məcburi köçkünlər ərazidə belə halların tez-tez baş verdiyini deyirlər. Qeyd edək ki, Tərtərin Poladlı kəndi ərazisində məcburi köçkünlərin məskunlaşdığı ərazi meşə massivində yerləşir.

Külək Yevlağa da ziyan vurub.

Sentyabrın 24-ü günorta saatlarından sonra Yevlaxda əsməyə başlayan güclü külək şəhərdə bəzi fəsadlar törədib. Yevlax şəhər icra hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Zaur Davudovun televiziyamıza verdiyi məlumata görə, şəhərin Ceyhun Mustafayev küçəsi və Nizami prospektində işıq dirəklərinin aşması faktları qeydə alınıb. Bundan başqa, S.C.Pişəvəri küçəsində ağac qırılaraq elektrik naqilinin üstünə düşüb. Heydər Əliyev və Nizami prospektində dünən aşan ağaclar isə ərazidən götürülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.