Hadisə

Gəncədə hərəkətdə olan "Audi" alışdı

25 Sentyabr 2014 08:51
0 Şərh     Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sentyabrın 24-ü axşam saat 23:20-də Gəncə şəhər sakini, 38 yaşlı Anar Əliyev idarə etdiyi "Audi A6" markalı avtomobillə Gəncədən Şəmkir istaqamətində hərəkətdə olarkən maşın anidən yanmağa başlayıb.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, dərhal hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunublar. Texnikanın və canlı qüvvənin səyinə baxmayaraq yanğının qarşısını almaq mümkün olmayıb. Alov qısa zamanda avtomobili külə çevirib.

Sürücü Anar Əliyev cəld tərpənərək avtomobili tərk edib və xəsarətsiz xilas olub.

Tədqiqadçılar tərəfindən araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.