Hadisə

İsmayıllıda meşələr yanır, yaşayış evləri təhlükədə

27 Avqust 2014 13:06
0 Şərh     Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsmayıllıda gecə saatlarından başlayan yanğın davam edir.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, yanğın Qara Qaya və Könə Daxar kəndlərinin ərazisində baş verib. Dağətəyi ərazidə meşəlik zolağında qeydə alınan yanğın böyük ərazini əhatə edib. Yanğının söndürülməsi üçün əraziyə İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 6 yanğınsöndürən maşını və qırxa yaxın əməkdaşı, eləcə də Fövqəladə Hallar Nazirliyinin iki helikopteri cəlb olunub.

Hadisə baş verən ərazi keçilməz olduğundan yanğının söndürülməsində çətinlik yaşanır. "Kanal S"in İsmayıllı bürosundan verilən məlumata görə, yanğın baş verən ərazi Qara Qaya kəndinin yaxınlığında, yaşayış evlərinin təqribən 300 metrliyində yerləşir. Hazırda yanğınla mübarizə davam edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.