Hadisə

Sumqayıtda polislərlə vətəndaş qarşıdurması - VİDEO

18 Avqust 2014 13:09
0 Şərh     Baxış: 1 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sumqayıt şəhərində insanlar bir neçə dəqiqə polis-vətəndaş arasındakı münaqişəyə tamaşa ediblər. Gecə vaxtı yol polisi və post-patrul xidmətinin əməkdaşları bir nəfəri saxlamaq üçün xeyli əziyyət çəkməli olublar. Yolun ortasında həmin şəxsi bir neçə dəqiqə ərzində polis maşınına mindirmək istəsələr də buna nail ola bilməyiblər. Bir neçə polis birlikdə onu maşına mindirərək ərazidən uzaqlaşıb.

Həmin ərazidə isə böyük avtomobil sıxlığı yaranb.

Sumqayıt Şəhər Yol Polisi Şöbəsinin rəis müavini Valeh Cavadov Milli.Az-a açıqlamasında bildirdi ki, dünən baş vermiş hadisədən xəbərsizdir. Rəis müavininin sözlərinə görə, polis vətəndaşı küçənin ortasında maşına salırsa, demək, o ya avtoxuliqanlıq edib, ya da sərxoşdur.

Anar Məmmədov
Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.