Hadisə

Azərbaycanda qatar maşınla toqquşdu - FOTO

30 İyul 2014 12:14
0 Şərh     Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürücü qorunmayan dəmiryolu keçidini keçmək istəyərkən qəzaya uğrayıb

Bərdədə qatar avtomobillə toqquşub.

Anspress-in verdiyi məlumata görə, hadisə iyulun 29-u saat 12:00-da baş verib.

Belə ki, Köçərli-Bakı sərnişin qatarı Bakı istiqamətində hərəkət edərkən, rayonun Həsənqaya kəndi ərazisində qorunmayan dəmiryolu keçidini keçmək istəyən Qərib Eldəniz oğlu Qarayevin idarə etdiyi "Daewoo Espero" markalı 10 UC 622 dövlət nömrə nişanlı avtomobili vurub.

Zərbənin təsirindən avtomobil keçidin yanındakı işıqlandırma dirəyinə də çırpılıb. Qəzadan sonra minik avtomobili tamamilə yararsız hala düşüb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri xəsarət alıb.

Faktla bağlı dəmiryol xətt polisinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.