Hadisə

Azərbaycanda 6 ton çətənə məhv olundu

17 İyul 2014 21:16
0 Şərh     Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada 6 ton narkotik tərkibli bitki məhv edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, Zaqatala RPŞ-nin və Daxili Qoşunların Zaqatala yerləşən "N" saylı hərbi hissəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində birgə əməliyyat tədbiri keçirib.

Tədbir nəticəsində rayonun Uzunqazmalar kənd inzibati ərazisində "Taplar" adlanan çöl sahəsinin əkinə yararsız hissəsində narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilib. Tədbir zamanı ərazidən ümumi çəkisi 6 ton olmaqla, 4000 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib.

Zaqatala RPŞ-dən bildirilib ki, rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində tədbirlər davam etdirilir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.