Şahidlərin sözlərinə görə, BMW X5 toqquşma nəticəsində bir neçə dəfə çevrilib və alışıb. Avtomobilin söndürülməsinə isə 2 yanğınsöndürən maşın cəlb edilib.
Hadisə yerində çoxsaylı yaralılar var. Lakin ölənlər haqqında məlumat verilmir.
-------
20:35
Milli.Az APA-ya istinadən bildirir ki, Bakının Nərimanov rayonunda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, Həsən Əliyev küçəsində "Prado", "Mercedes" və "BMW X5" markalı avtomobillərin toqquşması nəticəsində həmin maşınlarda olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, Nərimanov Rayon Polis İdarəsinin və Təcili Tibbi Yardımın əməkdaşları gəliblər. Yaralılar xəstəxanaya aparılıb.
------
20:29





