Hadisə

Həmin qəzada ölən Elnurla Aqilin Fotosu

17 Avqust 2026 09:48
Baxış: 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəbər verdiyimiz kimi, avqustun 16-na keçən gecə Ucar rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində  baş vermiş qəzada ölənlər Mingəçevir şəhər sakinləri olub.

Belə ki, "Ford Transit" markalı kiçiktutumlu yük maşınında hərəkət edən Elnur Mirzəyev və Aqil Əhmədov kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olublar. Onlar məhsulları Mingəçevirə apararkən avtomobil "Kamaz" markalı yük maşınına çırpılıb. Nəticədə, hər iki şəxs həlak olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.