“David Seliverstov” qalmaqalı böyüyür - Səidə Bəkirqızı müdafiə etdi, Rauf Arifoğlunun cavabı gecikmədi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər Azərbaycanda mediasında "beynəlxalq hüquq müdafiəçisi", "diaspor nümayəndəsi" və "Magen David Azərbaycan" təşkilatının rəhbəri kimi tanınan "David Seliverstov"la bağlı qalmaqal böyüyür.
Milli.Az xəbər verir ki, "David Seliverstov"la bağlı "Musavat.com" saytında silsilə materiallar yayımlanıb.
Materiallarda özünü "David Seliverstov", "beynəlxalq hüquq müdafiəçisi", "diaspor nümayəndəsi" və "Magen David Azərbaycan" təşkilatının rəhbəri kimi təqdim edən şəxsin fəaliyyəti ilə bağlı suallar qaldırılır. Məqalədə əsas diqqət təşkilatın 2021-ci ildə deputat Anatoliy Rafailovun təşəbbüsü ilə yaradılması barədə həm "David Seliverstov"un müsahibəsində, həm də təşkilatın rəsmi saytında məlumatların yer almasına yönəldilir. Təşkilatın hüquq, xeyriyyəçilik, Azərbaycan-İsrail münasibətləri, iqtisadi və digər istiqamətlərdə fəaliyyət göstərdiyi qeyd olunur.
Əsas mübahisəli məqam isə "David Seliverstov"un real kimliyi, təqdim etdiyi ictimai statusların hüquqi əsasları, təşkilatın təsisçiləri, maliyyə mənbələri və beynəlxalq əlaqələrinin sənədlərlə təsdiqlənib-təsdiqlənməməsi ilə bağlı suallardır. Məqalədə hüquq müdafiəçilərinin təqdim etdiyi məlumatlara əsasən "David Seliverstov" adının rəsmi olaraq mövcud olmadığı və bu şəxsin əslində Kazım Elşən oğlu Abbasov olduğu iddia edilir. Həmçinin onun keçmişdə dələduzluq, saxta sənədlərdən istifadə və digər cinayətlərlə bağlı məhkumluğunun olduğu bildirilir.
"Musavat.com" və bir sıra yerli mediada yayımlanan məqalələrdən sonra "David Seliverstov"la bağlı müsbət yönümlü informasiyalar da yayımlanmağa başlayıb.
Teleaparıcı Səidə Bəkirqızı öz sosial şəbəkə hesabında "David Seliverstov"u müdafiə edən çıxış edib.
Daha sonra məsələ ilə bağlı "Yeni Müsavat" Media Qrupun rəhbəri Rauf Arifoğlu öz sosial şəbəkə hesabından məsələyə münasibət bildirib.
"Bəzi media nümayəndələri bu şəxsi müdafiə etməyə çalışır. Azərbaycanda, İsraildə, ümumiyyətlə Yer adlı planetdə David Seliverstov adlı adam yoxdu. Mövcud deyil. Özünü bu adla təqdim edən Kazım Elşən oğlu Abbasov adlı residivist (dələduz) var. Baxıram, bəzi tanıdığım həmkarlarım onu müdafiəyə qalxıb, bizi yalanlayırlar. Özünüzü yandırmayın. Həddi aşmayın. Mənim bostanıma (xəbər məkanıma) daş atmayın. Ölkədən qaçan və özünü İsraildə göstərən residivist Kazım Abbasovsa yaxın zamanda qandallı halda hazırda olduğu ölkədən Bakıya gətiriləcək. Onunla maddi, mənəvi, mətbu və hər hansı bağlılığı olan, onun dələduzluq yuvasında - ofisində barınan hər kəs də istintaqa cəlb ediləcək".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Şərurlu İsfəndiyar": "Uşaqlara Lamborghini və Ferrari almışdım, Ferrari tez xarab olur"
-
Əməkdar artist qızı ilə - (Foto)
-
Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındı
-
Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - (Video)
-
Avtomobil bazarında qiymətlər niyə düşüb? - Səbəb heç də göründüyü kimi deyil
-
Abbasəli Novruzov dəfn edildi - Generallar dəfn mərasimində - (Foto)
XƏBƏR LENTİ
-
"Şərurlu İsfəndiyar": "Uşaqlara Lamborghini və Ferrari almışdım, Ferrari tez xarab olur"
-
İlham Əliyev: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
-
Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib
-
Əməkdar artist qızı ilə - (Foto)
-
Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındı
-
İlin ikinci Ay tutulması olacaq
-
“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyunlardan danışdı
-
Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - (Video)
-
Avtomobil bazarında qiymətlər niyə düşüb? - Səbəb heç də göründüyü kimi deyil
-
Mahmut Demiryürek vəfat etdi
-
Abbasəli Novruzov dəfn edildi - Generallar dəfn mərasimində - (Foto)
-
“David Seliverstov” qalmaqalı böyüyür - Səidə Bəkirqızı müdafiə etdi, Rauf Arifoğlunun cavabı gecikmədi
-
Azərbaycanda avro bahalaşdı - Rəsmi
-
Rusiyadan gələn yük avtomobili Cəlilabadda yandı - (Video)
-
"Hörmüz boğazından keçid pulsuz olmalıdır"
-
Narkotik çəkib maşın sürən şəxs tutuldu
-
Bakıda axşam konsertləri davam edir - (Foto)
-
Həmin qəzada ölən Elnurla Aqilin Fotosu
-
Ceff Bezosun qızı İbizada açıq-saçıq geyimi ilə diqqət çəkdi - (Video)
-
Tövrat diktaturasının sonu görünür: niyə “kral düzəldənlər” ilk dəfə tacdan kənarda qala bilər
-
"Arsenal" "Mançester Siti"ni darmadağın etdi
-
Bir sıra ərazilərdə işıq olmayacaq
-
PSJ Superkubok matçında uduzdu
-
Xocavənd və Şuşaya növbəti köç karvanı yola salınıb





