Fidanla Tunar dünən imtahan verməli idi - Atalarını xilas etmək üçün...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisində yerləşən Xaçınçay su anbarında baş verən və Yol Patrul Xidmətinin əməkdaşı Şərif İsgəndərovla iki övladının həyatını itirməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Şərif İsgəndərov ailəsi ilə birlikdə övladlarının növbəti gün keçiriləcək buraxılış imtahanı öncəsi istirahət etməsi və vaxtlarını xoş keçirməsi üçün Xaçındərbənd kəndinə gedib.
Məlumata əsasən, ailə Xaçınçay su anbarının yaxınlığında şəkil çəkdirərkən 12 yaşlı övladlarından biri ayağı sürüşərək suya düşüb. Şərif İsgəndərov dərhal övladını xilas etmək üçün suya atılıb. Onun həyat yoldaşının da köməyi ilə azyaşlı sudan çıxarılsa da, Şərif İsgəndərovun özü sudan çıxa bilməyib.
Bu zaman atasının təhlükədə olduğunu görən qızı Fidan onu xilas etmək üçün suya atılıb. Ardınca oğlu Tunar da atasına və bacısına kömək etmək məqsədilə suya girib. Nəticədə Şərif İsgəndərov və hər iki övladı suda boğularaq həyatlarını itiriblər.
Hadisə zamanı ərazidə olan şəxslər köməyə gəlsələr də, ata və iki övladının həyatını xilas etmək mümkün olmayıb. Ana da özünü suya atmaq istəsə də, ətrafdakı şəxslər buna mane olublar.
Ailə yaxınları sosial şəbəkələrdə hadisə ilə bağlı yayılan "ailə suya çimməyə girmişdi" məzmunlu iddiaların həqiqəti əks etdirmədiyini bildiriblər. Onların sözlərinə görə, faciə övladlarından birinin suya düşməsindən sonra onu xilas etmək cəhdi zamanı baş verib. Ailə eyni zamanda sosial şəbəkələrdə yayılan əsassız məlumatların və süni intellekt vasitəsilə hazırlanmış videoların paylaşılmamasını xahiş edib.
Qeyd edək ki, Şərif İsgəndərov uzun illər Yol Patrul Xidmətində çalışıb. Onun atası Şəmsəddin İsgəndərov da polis əməkdaşı olub. Şəmsəddin İsgəndərov 1990-cı ildə könüllü olaraq həmin dövrdə yaradılmış ilk polis batalyonuna qoşulub. O, Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və digər qaynar döyüş bölgələrində ön cəbhədə xidmət edib.Şəmsəddin İsgəndərovun son döyüşü 1992-ci il martın 8-də Qaraqaya istiqamətində olub. Həmin gün düşmən gülləsinə tuş gələn polis əməkdaşı şəhidlik zirvəsinə ucalıb.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)





