33 il gizlənən cinayətkar Almaniyadan Azərbaycana gətirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan şəxslərin ölkəyə gətirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Nazirliyidən Milli.Az-a verilən məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş və uzun illər gizlənən daha bir şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib.
Məlumata əsasən, 1990-cı illərin əvvəllərində quldurluq və qəsdən adam öldürmə cinayətlərində ittiham olunan Gürcüstan vətəndaşı Elşən Həsən oğlu Şamilovun yeri Almaniyada müəyyən edilib. O, Almaniya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bildirilir ki, təqsirləndirilən şəxs tamah məqsədilə digər şəxslərlə əlbir olaraq quldurluq basqını törətməkdə, zərərçəkmiş Qurbanəli Mustafayevə ağır bədən xəsarətləri yetirərək onu qəsdən öldürməkdə ittiham olunur. O, bu cinayətlərə görə 33 il beynəlxalq axtarışda olub.
Baş Prokurorluğun təqdim etdiyi sorğu və tələb olunan sənədlər əsasında, həmçinin aparılan hüquqi prosedurlar və danışıqlardan sonra Almaniya tərəfi şəxsin Azərbaycana ekstradisiyasına razılıq verib.
Elşən Şamilov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi və Penitensiar xidmətin əməkdaşlarının müşayiəti ilə Almaniyanın Frankfurt şəhərindən Bakıya gətirilib.
Məhkəmənin qərarına əsasən, o, istintaq dövrü üçün müvafiq istintaq təcridaxanasına yerləşdirilib.
Ədliyyə Nazirliyindən bildirilib ki, beynəlxalq axtarışda olan şəxslərin ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çinin modernləşməsinin idarəetmə əsasları - 5-ci Plenumda nələr müzakirə edildi?
-
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
-
Prezident İlham Əliyev Panama Prezidentini təbrik edib
-
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
-
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
-
Oğuzda meşədə yanmış meyiti tapılan şəxs vəzifəli şəxs imiş
-
Vergi xidmətində korrupsiya əməliyyatı: Vəzifəli şəxs saxlanıldı - (Yenilənib)
-
Baş mühasib 50 min manatdan çox pulu mənimsəməkdə ittiham edilir
-
Qubada ayı evin həyətinə girdi – (Video)
-
Milli Məclisin iclası başladı: Azərbaycanın yeni Ombudsmanı seçilir
-
152 minə yaxın şəxslə bağlı yeni xəbər
-
Alen Simonyan İrəvan meri olmaq istəyir - Avinyana rəqib çıxdı
-
Arda Gülerin davranışı diqqət çəkdi - (Video)
-
Fransada böyük etiraz dalğası - Hökumət geri çəkilməyə məcbur qalacaq?
-
Bakıda özəl məktəblərdə təhsil haqları bahalaşdı - Siyahı
-
Rusiyanın itkiləri yeniləndi
-
Nikol Paşinyan Brüsselə yollandı
-
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayır
-
Hind aktyoru fanatları ilə görüşə gülləkeçirməz kabinədə gəldi - (Video)
-
Qızıl almaq istəyənlərin diqqətinə - Əsl vaxtdır
-
Çempionlar Liqasında IV turun həyəcanı başlayır – 9 matç var
-
Dünya bazarında neft bahalaşdı
-
Pensiyalar bu tarixdə veriləcək





