Vətəndaşın 32 500 manatı dələduzluq yolu ilə alınıb - ŞİKAYƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətəndaşın pulu dələduzluq yolu ilə ələ keçirilib.
Bununla bağlı Milli.Az-a şikayət daxil olub.
Şikayətçinin sözlərinə görə, 2019-2020-ci illərdən başlayaraq Səkinə Seyidova adlı şəxs onun etibarından sui-istifadə edərək, guya xaricdən qab-qacaq gətirilərək satılacağını və əldə olunacaq qazancın yarısının ona veriləcəyini bildirib. Bu vədlərlə zərərçəkəndən ümumilikdə 25 min manat pul alıb.
Pul hissə-hissə verilib. Verilərkən rəsmi müqavilə bağlanmayıb, real mal dövriyyəsi sübut olunmayıb, pulun geri qaytarılması üçün hüquqi təminat verilməyib.
İddialara əsasən, sonrakı mərhələdə Səkinə Seyidovanın atası Hüseyn Səfərov, qardaşı və digər yaxınları da prosesə qoşularaq müxtəlif bəhanələrlə əlavə pul tələb ediblər. Şikayətçi bildirir ki, daha sonra Ali Məhkəmədə qərar üçün, icra-probasiya məsələləri, əmlak hərracı və həbsxanada görüş üçün vəsait lazım olduğu deyilib. Bu yolla ondan əlavə olaraq 7 500 manat alınıb.
Zərərçəkən həmin məlumatların sonradan apardığı araşdırmalar nəticəsində həqiqətə uyğun olmadığını müəyyən etdiyini bildirir.
Qeyd olunur ki, pul etibardan sui-istifadə və aldatma yolu ilə əldə olunub. Pulun qaytarılması niyyəti olmadan, yeni vəsaitlər cəlb etmək məqsədi güdülüb. Əməllər uzun müddət davam edən, planlı və sistemli xarakter daşıyır. Zərər xeyli miqdardadır və bir neçə şəxs tərəfindən qrup halında törədilib. Şikayətçi bu faktlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 178.3 maddələri üzrə hüquqi qiymət verilməsini tələb edir.
O, həmçinin Səkinə Seyidova, Hüseyn Səfərov və digər şəxslər barəsində cinayət işi başlanmasını, materialların istintaqa verilməsini və dəymiş maddi zərərin tam şəkildə ödənilməsi üçün tədbirlər görülməsini xahiş edir.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat etdi
-
Gəncədə faciə: iki kirayəçi dəm qazından boğulub öldü
-
Qubada qəbiristanlıqda meyit tapılıb
-
Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsi aşkarlandı
-
Bakıda keçmiş nişanlısından qurtulmaq üçün falçıya 300 min pul verdi
-
Eldar Azadov vəfat etdi
XƏBƏR LENTİ
-
Ayın 13-də sərt şaxta olacaq - Proqnoz
-
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat etdi
-
Pensiyalarla bağlı şad xəbər verildi
-
İşlənmiş maşınlar ucuzlaşa bilər
-
Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?
-
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə xəbərdarlıq
-
Gələn ilin büdcəsindən mediaya 68 milyon manat ayrılacaq
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
-
Berdan Mardini 15 yaş kiçik arvadından "ildırım sürəti" ilə boşandı – Əkizləri olacaqdı - (Foto)
-
Gəncədə faciə: iki kirayəçi dəm qazından boğulub öldü
-
Qubada qəbiristanlıqda meyit tapılıb
-
Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsi aşkarlandı
-
Atası körpəni diri-diri basdırdı: 11 aylıq uşaq 24 saat sonra sağ tapıldı
-
Generalın qızından şikayətçi olan da general imiş - (Yenilənib)
-
Məşhur aktyor İstanbuldan köçüb qoz bağında çalışmağa başladı – 1000-ə yaxın ağacı var - (Foto)
-
Bakıda keçmiş nişanlısından qurtulmaq üçün falçıya 300 min pul verdi
-
Eldar Azadov vəfat etdi
-
Zaur Baxşəliyevdən diqqət çəkən sözlər: “Əslində sizi aldatmışam” - (Video)
-
Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır - Kamaləddin Qafarov
-
Rusiyada polkovnikin avtomobili partladıldı - Özü həlak oldu, ailə üzvü yaralandı
-
Goranboyda kişi güllələndi
-
Azərbaycanda ən yüksək və ən aşağı maaş alan sahələr - Siyahı
-
Paşinyan Antalyada "oğurladığı" bananı Dublinə apardı - (Video)





