Hadisə

"Avtoş"luq edərək görüntüləri sosial şəbəkədə paylaşanlar saxlanıldı - VİDEO

23 Aprel 2026 09:20
Baxış: 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağsuda toy karvanında sürücülər avtoxuliqanlıq edib.

Daxili İşlər Nazirliyindən (DİN) Milli.Az-a verilən məlumata əsasən, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücülər Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb.

Onlar idarə etdikləri "Mercedes" və "Tofas" markalı avtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini qeydə alaraq sosial şəbəkə hesablarında paylaşıblar.

Sürücülər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə C.Qurbanov və Y.Yusifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla onların hər biri 15 sutka inzibati qaydada həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.