Hadisə

Bakıda ağır QƏZA: Ölən var

20 Aprel 2026 09:38
Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qala-Şüvəlan yolunda ölümlə nəticələnən qəza baş verib.

Milli.Az xəbər verir ki, hadisə aprelin 19-da saat 20:10 radələrində Qala-Şüvəlan yolunda qeydə alınıb.

Belə ki, Behbudov Cəmil Nurulla oğlu idarə etdiyi "Mercedes E-280" markalı avtomobillə hərəkətdə olarkən qarşı istiqamətdən gələn, Əşrəfzadə Vüqar İlqar oğlunun sürdüyü motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.