Hadisə

Cümə məscidinin axundunun oğlu zəncirvari qəza törətdi - Ölən var

14 Fevral 2026 11:08
Baxış: 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağcabədi şəhərində üç minik avtomobilinin toqquşması nəticəsində zəncirvari yol qəzası olub.

Milli.Az xəbər verir ki, qəza nəticəsində Vahid Nail oğlu Ələkbərov hadisə yerində ölüb, Hacımirzə Mərdan oğlu Rzayev və Rəhman Anar oğlu Cəfərov isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisəyə rayon sakini Hacımirzə Rzayevin avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.

Qəza nəticəsində Hacımirzə Rzayevin daxili orqanlarının kəskin zədələnməsi, Rəhman Anar Cəfərovun isə ayaqlarının müxtəlif dərəcəli sınıqları müəyyən edilib.

Qeyd edək, avtomobilin sürücüsü H.Rzayevin atası Rzayev Mərdan Ağcabədi rayonunun Cümə məscidinin keçmiş axundu olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.