Generalın qətlindən 17 il keçdi – Sifarişçi hələ də naməlumdur - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün, fevralın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının uzun illər komandanı olmuş general-leytenant Rail Rzayevin qətlindən 17 il keçir. 17 ildir ki, bu qətl açılmayıb. 17 ildir ki, cəmiyyətə yalnız versiyalar təqdim olunur. Və 17 ildir ki, əsas sual cavabsız qalır: sifarişi kim verib?
Rail Rzayev sıradan hərbçi deyildi. Müharibə şəraitində olan bir dövlətin ən strateji qoşun növünə 17 il rəhbərlik etmiş, ölkənin hava məkanının təhlükəsizliyinə cavabdeh olmuş şəxs idi. Belə bir generalın Bakının mərkəzində, öz evinin yaxınlığında, peşəkar snayper atəşi ilə öldürülməsi adi cinayət ola bilməzdi. Bu, siyasi terror idi.
![]()
Kabinetə kim girdi? Seyfi kim açdırdı?
Qətldən sonra o vaxtkı baş prokuror Zakir Qaralov etiraf etmişdi ki, general öldürüldükdən dərhal sonra onun Müdafiə Nazirliyindəki iş otağına qanunsuz müdaxilə edilib, seyfi açılıb və oradan maddi əşyalar götürülüb. Bu faktın özü belə istintaqın hansı istiqamətdə aparıldığını göstərməli idi.
Müdafiə nazirinin müavininin kabinetinə onun icazəsi olmadan kim girə bilərdi?
Seyfi generalın yavərinə kim açdırmışdı?
Oradan hansı sənədlər götürülmüşdü və niyə bu sənədlərin taleyi bu günə qədər açıqlanmır?
Bu suallara 17 ildir nə istintaq cavab verir, nə də rəsmi qurumlar. Rəsmi versiyaya görə, Rail Rzayev səhər saatlarında işə gedərkən, maşın zibil qutularının yanında saxlanılan anda, arxa şüşədən səssiz silahla vurulub. Həmin gün Bakıda güclü yağış vardı. Guya sürücü heç nə hiss etməyib. Bu versiya peşəkarlar üçün uşaq nağılıdır.
Snayper marşrutu, dayanma nöqtəsini, vaxtı dəqiq bilir. Snayper tək olmur - o, icraçıdır. Deməli, Rail Rzayevin maşınının harada və nə vaxt dayanacağı əvvəlcədən məlum idi. Deməli, bu məlumat kənardan ötürülmüşdü. Deməli, cinayətdə yalnız tətik çəkən yox, məlumat verənlər də vardı. Ən dəhşətli məqam isə budur: bu günə qədər təkzib olunmayan məlumatlara görə, Rail Rzayev qətldən bir həftə əvvəl izlənildiyini bilirdi. O, bu barədə raportla birbaşa tabe olduğu o zaman müdafiə naziri Səfər Əbiyevə və o dövrdə milli təhlükəsizlik naziri olan Eldar Mahmudova müraciət etmişdi. Raport var idi, təhlükə siqnalı verilmişdi.
Bəs niyə tədbir görülmədi?
Niyə qətldən sonra Eldar Mahmudov Təhlükəsizlik Şurasının iclasına qatılmadı?
Niyə Səfər Əbiyev müavininin dəfnində görünmədi?
Niyə hər ikisi bu qətlin açılması üçün kəsərli bir addım atmadılar?
Sonradan Eldar Mahmudovun qətllə bağlı "iki ailə arasında mülk davası" versiyasını ortaya atması isə artıq sağlam məntiqin təhqiri idi. Generalın qızı Rahilə Rzayeva bu iddianı açıq şəkildə gülünc adlandırmışdı. Haqlı idi. Rail Rzayevi peşəkar snayper qətlə yetirib. Bu, açıq-aşkar dövlət sirrlərinə yaxın şəxsin aradan götürülməsidir və xidmət fəaliyyəti ilə bağlı terror aktıdır. İstintaq nə etdi? Sifarişçini axtarmaq əvəzinə, generalın köməkçisi, yavəri və onların ailə üzvləri həbs olundu. Onlar qətldə deyil, sonradan seyfdən pul və əşyalar götürməkdə ittiham edildilər. 200 min avro ailəyə qaytarılmadı. Cinayətin mahiyyəti isə kənarda qaldı. Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclunun səsləndirdiyi iddialar - o cümlədən Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bu və sonrakı hərbi faciələrdə adının hallanması - heç vaxt araşdırılmadı.
Bu gün, 17 il sonra da eyni sual aktualdır: Rail Rzayev kimlər üçün təhlükəli idi?
Hansı sirrləri bilirdi? Bu qətl bir şəxsin deyil, dövlətin, xalqın yaddaşında qara ləkədir./Musavat.com
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Narkotik qaçaqmalçılığı planı ifşa olundu
-
Paytaxtda zəncirvari qəzada xəsarət alanların son vəziyyəti - VİDEO - YENİLƏNİB
-
"Qurtuluş” Reabilitasiya Mərkəzi işi üzrə məhkəmənin vaxtı müəyyənləşib
-
Keçmiş məhkum 7 kq narkotiklə tutuldu
-
Polisdən hərəkətdə olan maşının üstünə uzanan qadınla bağlı AÇIQLAMA - Yenilənib - VİDEO
-
İcra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində QƏRAR
XƏBƏR LENTİ
-
Yayda sağlam qaralmağın yolları nələrdir?
-
Bakının bu rayonlarında işıq olmayacaq
-
“Real”ın baş məşqçisi klubdan ayrıldı
-
Əraqçi: Bölgəni tərk edin
-
Baharatlı kartoflu çıtır üçbucaq börək resepti
-
Sərt dəsmalları pambıq kimi yumşaldır: Sirkə əvəzinə bunu əlavə edin
-
Marsda nəhəng canlının olduğunu göstərən görüntü həqiqətdir? - FOTO
-
Günün qoroskopu: Həyatınıza ciddi və uzunmüddətli insan daxil ola bilər
-
Millimiz qalib gəldi - YENİLƏNİB
-
"Turan Tovuz"dan ilk transfer
-
Gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyalarına start verilib - FOTO
-
Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO
-
Çiyələk mürəbbəsinin qatı olması üçün nə etməli?
-
Bərdə sakini ilə qaçan məktəbli qız tapıldı - YENİLƏNİB
-
"Zirə" futbolçusu ilə yolları ayırıb
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib
-
“Məni vurdu, dedi ki, evdə desəm, qiymətimi kəsəcək”
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
-
Serenay Sarıkayanın yeni layihəsi
-
“Brent” ucuzlaşdı
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"
-
Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir - VİDEO
-
Tramp: İran ABŞ-nin helikopterini vurub
-
"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO





