Gəncədə iki avtomobil toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı 2003-cü il təvəllüdlü Eldar Əliyev və 2002-ci il təvəllüdlü Teymur Zeynalov xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.
Milli.Az





