Hadisə

Ərinin videosuna görə işdən çıxarılan Gülbahar Eyvazovanın qızı da işdən çıxarıldı

5 Fevral 2026 14:26
Baxış: 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həyat yoldaşı Habil Eyvazovun sərxoş halda "TikTok"da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsinə görə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova vəzifəsindən azad olunub.

Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir müddət əvvəl onların qızı Jalə Eyvazovaya Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində yüksək vəzifə verilmişdi. Bununla bağlı Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədov müvafiq əmr imzalamışdı.

Əldə etdiyimiz məlumata görə, atasının "TikTok"da qeyri-etik ifadələr səsləndirməsinə görə Leysan Məmmədov Jalə Eyvazovanı da vəzifəsindən azad edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.