"Oğluma təsir etmək üçün xəstəxanada onun yanına daxil olublar" – Əməkdar artist danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Azərbaycanın mərhum xalq artisti Yuri Balıyev və əməkdar artist Nataliya Balıyevanın 45 yaşlı oğlu Artur Balıyev yanvarın 30-da axşam saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində döyülüb. Xəstəxanaya yerləşdirilən Artur Balıyevin müalicəsi hazırda Kliniki Tibbi Mərkəzdə davam etdirilir. Onun bədənində çoxsaylı sınıqlar və digər zədələr var.
Globalinfo.az-a danışan zərərçəkənin anası əməkdar artist Nataliya Balıyeva bildirib ki, hadisəni törədən şəxslərdən biri saxlanılsa da, digər üç nəfər məsuliyyətə cəlb edilməyib:
"Oğlumun başında, beynində, bədənin müxtəlif hissələrində ağır zədələr var, hazırda xəstəxanada müalicə alır. Onlar Arturu mənim gözümün qarşısında hücum edərək vururdular. Həm də bir nəfər deyil, hamısı birgə vururdular. Hadisə yerində kameralar da var, yəqin ki, həmin anların görüntüsü düşüb. Lakin kamera görüntüləri hələ ki götürülməyib və araşdırılmır. Niyə kameralar açılıb göstərilmir? Oğlum çox alicənab, mədəni insandır, münaqişə yaradan oğlan deyil. Amma həmin şəxslər aqressiv şəkildə hücum etdilər. Oğlum hələ də sərbəst yemək yeyə bilmir, gözünə qan sızıb".
N.Balıyeva Bakı şəhərində belə bir hadisənin baş verməsinə görə təəssüfləndiyini deyib:
"Bakı həmişə sakit yer olub. Belə hadisələr bizim hamımızı qorxudur. Kimlərsə oğluma təsir etmək üçün xəstəxanada onun yanına daxil olublar və təsir edərək şikayətçi olmamasına çalışıblar. Yaşadığım evin qapısını da tanımadığım şəxslər gəlib döyür, bunlar məni çox qorxudur. Bakıda həmişə bütün xalqlar rahat, mehriban yaşayıblar. Azərbaycan tolerant ölkədir, hər zaman dövlətimizə güvənmişik və güvənirik. Amma baş verən bu hadisələr bizi çox narahat edir. Xahiş edirəm, oğluma hücum edən şəxslər tapılsınlar, qanun qarşısında cavab versinlər".
Qeyd edək ki, DİN-in mətbuat xidməti faktla bağlı araşdırmaların aparıldığını və bir nəfərin (T.Zeynalov) saxlanıldığını bildirib.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rəqsanənin qızı Yağmur: "Ən ağır həqiqətdir ki, həyatda özündən başqa heç kimin yoxdur" - (Foto)
-
Bloqer Pərvin vəfat edən əri ilə fotosunu paylaşıb bunları yazdı
-
Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - (Video)
-
Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
-
Bakıda kişi öldürüldü, arvadı saxlanıldı
-
Haluk Leventdən milyardlıq köçürmə iddialarına sərt reaksiya - (Foto)
-
Sabah 38 dərəcə isti olacaq
-
Qurban Qurbanovdan yeni transfer elanı
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Xersonda avtobus dronla vuruldu: 4 ölü, 5 yaralı var - (Foto)
-
Ofeliya Şabanovanın qardaşının məzarı önündə görüntüsü kövrəltdi – (Video)
-
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
-
Xameneinin qohumu həbs olundu
-
İran onları “persona non qrata” elan etdi
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
DİM-dən abituriyentlərə xəbərdarlıq
-
Azərbaycanlı hüquqşünas ABŞ-də hüquq elmləri doktoru dərəcəsi aldı
-
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn ediləcək - (Foto)
-
Xəzər sahillərində 1500 illik qızıl ayaqqabılar tapıldı - (Foto)
-
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (Foto)
-
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
-
Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)
-
Versalın altmış günü: vaxtı tamam olan kimi ölən razılaşma





