Hadisə

Xankəndidə satıcı müdiri döydü

29 Yanvar 2026 12:43
Baxış: 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xankəndidə xuliqanlıq edən saxlanılıb.

Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən çörək və şirniyyat sexinin qarşısında baş verib.

Avtomobil ehtiyat hissələri mağazasında satıcı işləyən 47 yaşlı Samir Baxışov (ad və soyad şərtidir) ağacları sulamaq üçün yolun əks tərəfinə keçərək çörək və şirniyyat sexinə tərəf gedib. O, həmin obyektin qarşısındakı boş qabları icazəsiz götürmək istəyəndə, sexin müdiri olan zərərçəkən ona irad bildirib. Aralarında yaranan mübahisə zamanı Samir sillə və yumruq zərbələri ilə sexin müdirinə zərbələr vuraraq, xəsarət yetirib.

Nəticədə Samir Baxışov saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs məhkəmədə əməlindən peşman olduğunu deyərək, amnistiya aktının ona da şamil olunmasını xahiş edib.

Xankəndi şəhər Məhkəməsinin qərarı ilə S. Baxışov barəsində cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub./Lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.