Hadisə

Heydər Əliyev prospektində hərəkətdə olan yük avtomobilinin təkərləri çıxdı - VİDEO

26 Yanvar 2026 18:25
Baxış: 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda, Nizami rayonunun Heydər Əliyev prospektində hərəkətdə olan yük avtomobilinin təkərləri yerindən çıxıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumat yayıb.

"Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınan bu hadisədən hər bir sürücü nəticə çıxarmalıdır. Sürücülər bilməlidirlər ki, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı yoxlanılmalı və yaranmış porblem həll edilməlidir. Əks təqdirdə qəzaların baş verməsi qaçılmaz olacaq", - məlumatda bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.